Details

İranlı aydınların etnik haqlarına yönəlik yaxlaşımı dəyişir mi?

(Toğrul Atabay ilə söyləşi)

Son dönəmlərdə İran toplumunda yüksələn ırqçılıq dalğası və Ərəb qarşıtlığını bəzi İran aydınları da sərt təpki ilə qarşıladı. Ondan öncə də, İran Yazrlar Birliyi'nin iki tanınmış üyəsi Fərəc Sərkuhi və Səid Yusuf Fars-olmayan toplumlara yönəlik yürüdülən toplumsal və sivil ayrımçılığa etiraz edərək anadildə eyitim haqqını savunmuşdular. Türkiyə’nin dil enstitülərində çalışan güneyli türkoloq və yazar Toğrul Atabay Yurd Net sitəsiylə yapdığı ayrıntılı və qapsamlı söyləşidə söz qonusu bireysəl təpkiləri və onların geniş bir dalğaya dönüşüb dönüşməyəcəyi olasılığını dəyərləndirdi. 

Fərəc Sərkuhi və Səid Yusuf’un İran’da etnik haqlarına dair ifadələrini İranlı aydınlar arasında yeni bir dönemin başlaması kimi dəyərləndirmək mümkün mü?

Səid Yusuf və Fərəc Sərkuhi (İran Yazar Birliyi'yinin üyələri)

Birincisi, bu tip istisna aydınları mənsub olduqları toplumdan və 'intelijansiya'dan (aydınlar topluluğundan) ayırd etmək gərəkir: Necə Babək Əmirxüsrəvi ya da elə Əhməd Kəsrəvi vəyaxud Tağızadə kimi Türk kökənli Paniranistlər Türk toplumunun aydını, genəl elçisi və ülgüsü deyilsə, Fərəc Sərkuhi və Səid Yusuf kimi İran’dakı Türk sorununu qəbullanan nadir ziyalılar da Farsdilli aydın təbəqəsinin elçisi və genəl profoilinin göstəricisi sayılmır. Əmirxüsrəvi kimi, Təbatəbayi kimi özü asimilə qurbanı olub öz soyunun qəssabına mədhiyyə qoşanlar qolundakı o Davud ulduzu sayağı aşağılayıcı paqonu dura-dura özünü SS zabitləri səflərinə soxmağa çalışan irqçilik qurbanı bir Yahudi rolunu üstlənmişsə; Sərkuhi kimi çox azsaylı "Faradilli" aydınlarsa Farsdilli toplumun aydını olmaqdan çox ötə evrənsəl (universal) düşünəbilən və daşınabilən gerçək ziyalı örnəyi sayılmalıdırlar və bu düşüncə ulduzları İran 'intelijensiya'sının genəl səviyyəsinin çox üstündədirlər. Yəni evrənsəl dəyərləri içsəlləşdirmiş olan və kiçik qruplaşmalar və günlük ideolojik və politik cəbhələşmələri aşaraq zaman və məkan qeydindən ötə düşünən və yarğı yürüdən gerçək bir "aydın düşüncəli" tipləməsi sayılırlar. 

Çağdaş Farsdilli 'ziyalı topluluğu', elə Firdövsi kimi bir çağdışı bədəvi irqiçinin heykəlinin bir qeyri-fars şəhərində tikilməsinə qol çəkən və çağımız əfkari-ümumisindən utanmasalar daldada və zimni olduğu kimi üzdədə də etnik qrupların modern qırğına tabe tutulmasını arzılayan tiplərdir. Hələ də gözünüzün içinə dik-dik baxaraq utanmadan sizin soyunuzun geçmişi haqqında kəskin fikirlər bəyan edib sizi əsl Aria kökünüzə qayıtmağa dəvət edən tiplər…

Yəni sizə görə İran aydınlarının toplu tutumu geçmişdə olduğu kimi midir?

Toğrul Atabay: Nə yazıq ki Farsdilli intelijensiyanın ortaq məxrəci (ki buna Türk kökənli vəya hərhansı etnosdan gələn İrançı aydınlar da daxildir), məsələn müxalifətdəki İranika yazarlarından tutun ta iqtidarçı Dairətülməarif-i Büzürg-i İslami (Böyük İslam Ansiklopedisi) yazarlarına dək hamısı hələ də son 90 ildə quraşdırılan rəsmi söyləmdən vaz keçməmək üçün "minillik" gerçəklikləri danmağa və çeşidli yollarla suvamağa davam edən "statikoçu", "əskik" —sözdə— düşünürlərdir. Rəsmi söyləmə qarşı çıxan azsaylı bağımsız düşünürlər isə, həm indiki hakim düşüncə, həm də yenə sonucda son yüzillik İran millət-dövləti tezini müdafiə edən opozisyonları tərəfindən dışlanan və “marjinal” mövqeyə düşürülən vəya münfərid qalan tək şəxslərdən ibarətdirlər. Ümumiyyətlə İran marjinal solu və ondan sayca və nüfuzca daha basqın olan liberalının tutumu Türkiyə’də eyni mövqedə olan intelijensiyanın azınlıqlara qarşı aktif tutumuyla qarşılaşdırılınca çox-çox mühafizəkar və geriçi olduğu anlaşılır. Bu üzdən də hakim və məhkum mədəniyyətlərin elçiləri arasında dialoq qapısı, dominant anlayış (istər sağçı, istər solçu; istər siyasi iqtidarda olsun, istər müxalifəti) tərəfindən qapadılmış durumdadır. Həm İrançı düşüncədəki ümumi kütlə, həm də bunları yönləndirən Farsdilli intelijensiyanın tolerans səviyyəsi —ən yumuşaq yolla anadili haqqını müdfiə edən Bərahəni'nin səsini qısdırmaq fətvasını verən Abbas Mə'rufi kimi yazarlar həddindədir, ən mükəmməl halıyla. Bu “müqtədir zümrə” haqqında mənim 20 il qabaq bir tə’birim vardı: “Kibirli nasnaslar” (Nəsnas: İslami ədəbiyyatda yarı canavar, yarı insan bir cür meymunsayağı əfsanəvi xalq). Hələ də güc və zorbalıq və iqtidar və hakimiyyət və təhəkküm mövqeindən enib qaşısındakı "məhkum mədəniyyət"i bərabər haqlara yiyə olan bir yurddaş mövqeyində saymağa tənəzzül etməyən, öz 'olmayan' irqini təkamülün zirvəsinə oturdan kibir dolu bir meymun roluna davam edir. Hələ də buyurucu, ötkəm və qəyyim-məab duruşuğunu pozmamağa çabalayır…

Bu aydınlar arasında Türk kökənli olanlar da var. Onları da eyni kategoriyə mi qoyursunuz?

Bugün nə böyüklük kompleksinə yaxalanan bu hakim kibirli nasnasların, nə də kiçiklik kompleksinə düşən məhkum manqurd zümrənin mahiyyət olaraq təkamül göstərmədiyini görürük. Ancaq məhkum kütlənin manqurd zümrəsinin soyunun tükənmək üzərə olduğunu və yeni nəslinin o ‘həqarət’ xəstəliyindən sıyrıldığını görürük açıqca. Bunlarla birlikdə, Türk kökənli asimilasyon qurbanlığı bir “oxumuş”un —ki məncə şüur və iradədən məhrum və münfəil olduğu üçün bu zümrəyə aydın demək də yaraşmır— sömürgə və asimilasyon ocaqlarına, kürələrinə yanacaq sağlaması nə qədər ironiksə də, obiri yandan Farsdilli bir ziyalının Fars olmayan millətlərin və qövmlərin haqqını müdafiə etməsi və anadildə eyidimə evrənsəl insan haqları çərçivəsində ön şərtsiz məşruiyyət qazandırması hakim kültürə ögey sayılmadıqları üçün hakim təbəqənin bir nəbzə də olsun iqna olmasında və ən azından hücumçu qvardiyasından soyunmasında çox daha etkili olacağı aydındır.

Bu istisnaları bir kənara qoyarsaq, genəl olaraq İrandakı Farsdilli və Fars-olmayan aydınlar arasındakı fərqlərlə ilgili nə demək istərsiniz?

Toğrul Atabay: Günümüzdə Farsdilli intellektual, söyləm olaraq Türk və Kürd ziyalılarından onillərcə —hətta hardasa 100 il— geridədir. Fars-olmayan millətlərin aydını özünü dünya çapındakı son gəlişmələrlə güncəlləyərkən, mərkəziyyətçi və rəsmiyyətçi anlayış hələ də “tək dil - tək dövlət” şüarıyla formalaşan yanlış bir millət-dövlət projəsinin ortaya atıldığı 1920-lərdə duraqlamaqdan qurtulabilməmişdir. Daha da qorxunc olan bu ki bu duraqlama və dalılama təkcə dil-kültürlə bağlı deyil, mövcud “statiko”nu qorumaq “mühafizəkarlığı” adına bütün birincil haq və hürriyyətləri gözardı etmək və iş “milli güvənliyə” gəlincə qatı müxalifi və qurbanı olduqları hakim siyasi düzəni müqəddəsləşdirməklə sonuclanır; “Əmir Bazarı yansın, bizə bir yaylıq qalsın” hesabı. İrqçi farsdilli “inteligent” etkisində qalan oxumuş kütlə belə, bu qondarma kimlik statusunu zorbaılıqla qorumaq adına son yüzildəki bütün anti-demokratik icraatlara göz yumur və hətta qanlı-qadalı düşməni olmasına baxmayaraq indiki düzənin yanında yer alır; qızğınlıqla müdafiə edir və “milli güvənliyinə”, "ölkə bütünlüyünə" qarşı potansial hədə saydığı Türk'ü, Ərəb'i, Kürd'ü, Bəluç'u qırdığı üçün qoluna qüvvət diləyir! İştə qondarma və millətsiz bir millət-dövlət quruluşunu sürdürmə bahasına “bölücüyə qarşı yaşasın diktatorluq" şüarı bu bölgədəki yüzillik demokratikləşmə çabasının başarısızlığının kod adıdr; gerçək altyapısal (infrastructural) illətidir…

Bu durumda bu demokratikləşmə çabalarının başarıya ulaşması üçün heçbir şans yox mu?

Quşqusuz bu sürəc hakim kültürün zərərinə gəlişməkdədir və bölgədəki toplumlar arasında son bir duracaqda gerçək birlikdəlik və iştirakçı ortaq varlığın yaranması adına bir dialoq qurulması başda məhz bu “inkarçı” zümrənin öz yararına olacaqdır; yoxsa bu zorba söyləm və tapdaqçı düzən öncəliklə iqtidarı və müxalifəti ilə bütün hakim toplumun məşruiyyətini itirməsiylə son tapacaqdır.

İranlı aydınlar içində Fars-olmayan topluluqların haqları ilə ilgili olumlu yaxlaşımların çoxalması üçün nələr yapılabilər?

Öncə bunu unutmamaq gərəkir ki, —hərhansı bir mərkəzçi siyasi axımın təmsilçisi sayılmayan— tək-tük Farsdilli aydınlarda yerli kimliklərə qarşı olumlu və gerçəkçi münasibətlərin oluşmasında əlbəttə ki özəlliklə Güney Azərbaycan'ın Farsca yazmaq məcburiyyətində qalaraq öz varlığını ortaya qoyan “Post-kolonial” yazıçılarının —xüsusiylə Cəlal Aliəhməd kimilərində Behrəngi və Bərahəni'nin— doğrudan-doğruya etkisi olmuşdur. Çünki onlara onların öz dillərində xitab edəbilmiş və onlarla nisbətən ortaq bir siyasi-ictimai davada yer almışdırlar. Ancaq nə yazıq ki sistematik və orqanik olaraq hərhansı bir "sərasəri" (ölkə çapında) və "mərkəzçi" çevrə bu qonuda sorumluluq daşıyan ciddi bir söyləmə malik deyil və zorlanmadıqları müddətcə də, bu əsas problemin təkcə mərkəzî hakimiyyətin geçici icraatı deyil, daha dərinlərdə olduğunu; bütün dövlət yapısının yanlış və tək boyutlu formalaşmış olmasının fərqində belə olmayacaq və bəlkə iqtidar və imkandan uzaqlaşınca toplumun bütün ünsürlərin qopuş sarsıntısını əməldə duymadan bu inkarçı və yox sayıcı "bütünlükçü" totalitar düşündən (röyasından) daşlanmayacaqlar.

Yəni bu hakim anlayşıla dialoq qurmaq heç mi mümkün olmayacaq? Bu ilətişim sorunu eyni zamanda məhkum topluluqların təmsilçilərinin başarsızlığı deyil midir?

Sıxıntı budur ki məhkum ulusların aydını birneçə baxımdan nə müxatəb alınır, nə də müxatəb alınınca belə 'mütəkəllim' olabilir: Birincisi, yüzillik millət-dövlət toxumacaları sonucunda qeyri-rəsmi söyləm o qədər ört-bas edilmiş ki, köklü yazılı kültürə yiyə olan Türk toplumu daxı özünü bu çarpıq və sansurlu və manipulə edilmiş dez-informasiyon ortamında yenidən tanımlamaqda çətinlik çəkir. İkincisi, sömürgəçiliyin aracı "dil" olunca, məhkum zümrə və aydını daxı istər-istəməz özlüyündən özünü ifadədə gizli bir çətinlik çəkir. Özünü ya yanlış, ya əskik, ya da hətta haqlı ikən "şiddət/zorakılıq" ədəbiyyatı işlətmə suçlamasıyla qarşılaşıb haqsız duruma düşəbilir. Hakim kültür nə qədər sırtıq və törədi (tüfeyli) bir oxumuşlar qalabalığı oluşdurmuşsa, tərsinə məhkum kültürlər özünü haqqıyla müdafiə edəcək yerli aydınların yetişdirilməsi imkanından məhrum qalmışdır. Bütün bu dezavantajlara rəğmən, arxayınlıqla demək olar ki 20-ci yüzil məhsulu İran millət-dövlətinin rəsmi söyləmini qurumlaşmışca müdafiə edən Farsdilli intelijensiya elə bu qeyri-bərabər şərtlərdə daxı, məhkum kültürlərin könüllü sözçüləriylə hərhansı bir yansız sərbəst qarşılaşmada rahatlıqla yenik düşməkdədir. Qarşı söyləmin həm uluslararası dayanaqları var; həm də İran'da çoxdandır Fars-Şiə vəya onun öncəki versiyonu olan Pers-İran paradiqması əsasında qurulan millət-dövlət binövrəsinin çöküşü özünü açıq-aydın göstərməkdədir və ancaq sifariş məhsulu gor eşələmələr və birtərəfli yarışdakı dopinglər və dövlət aparatıyla müəzzəm dəstəklərlə belə işləyiş və inandırıcılığı artıq ayaqda saxlanabilmir.

İlətişimsizlik sorununu daha çox siyasi qoşulların sonucu olaraq mı görürsünüz?

Doğru, dialoq ancaq eşid (bərabər) şərtlərdə olabilər. Atalar demişkən: şərti şoxumda kəsərlər. 1925-dən bəri yürürlükdə olan düzəndə təpədən enməçi rejim dəyişik ünsürlərin siyasi gücə iştirak və ixtiyarını soruşdurmamışdır. Sonrakı rejimdə də ölkənin altyapısında "defakto" durum davam etdirilmişdir. Şoxum zamanı, qeyri-fars qruplara "səğir" uşaq kimi və Türk toplumuna ögey kimi davranaraq miras payından məhrum və farsdilli hakimiyyətin "qəyyim" hakimiyyətinə məcbur edilmişsə də bugün durum həm məzhəb, həm dil və kültürlər baxımından ötəki kimliklərin yetərli bilinc (şüur) və siyasi olğunluq qazanmasıyla artıq hərhansı bir yenidən quruluş sırasında davam etdiriləbilməyəcəkdir. Qatılımsızlıq, bu haqsız düzəni özlüyündən çökdürür…

Sağlam bir dialoq hansı qoşullarda olasıdır?

Qatılım təkcə yerli dillərin oxudulması və ortaq rəsmi dillə təmin edilməz. Dil məhz bir arac (vasitə) deyildir. Dil bütün zehnî varoluşun bizatihi yaradıcısıdır. Sağlıqlı bir ontolojik baxışda: doğma dil olmadan toplumda doğma düşüncə də, köklü mədəniyyət də olmaz, fərddə kimlik və şəxsiyyət də. Ayrıca hər dil bir dünyagörüşüdür, bütüncül bir oluşdur. Arxasında da müstəqil bir keçmiş var. Başqa bir dillə —hərhansı bir rəsmiyyət gərəkçəsiylə— mekanik olaraq dəyiş-toxuş ediləbilməz. Ana dildən və dolayısıyla yerli mədəniyyətindən və doğma mənəvi dünyasından təcrid edilmiş olan kimsə, nə özü olabilir, nə də hərhansı bir çabayla başdakı "özgə"yə dönüşdürüləbilir. Ortalıqda qalan, "netəliksiz" (vəsfsiz) bir varlığa dönüşür: olmasıyla olmaması fərqsiz olan bir varlıq. Qısacası: Hərhansı bir dialoqda unudulmamalıdır ki ortadakı problem təkcə yavan bir "dil" sıxıntısı deyil; "dil sorunu", 100 illik bir sorunun ən ilkin təzahürü və bir sisilə ictimai sıxıntının ana qaynağıdır. Əsas olay budur: digər kimliklərin öz təbii millətləşmə proseslərini yaşamasına 1910-lardan bəri xarici güclərin, 1925-dən bəri isə ortaya qoyulan eybəcər düzənin mane təşkil etməsi. Ən azından Türk toplumu haqqındakı gəlişmələri bu sayaq oxumaq gərəkir. Yoxsa sorun bəsitə tənəzzül edər və mərkəzçi demokratizasiyon dalğası insiyatifinin gəldiyi çıxmazda dəbələnməkdən irəli bir çözüm tapılmaz…

Farsdilli inteligent, durumu qurtarmaq adına da olsa, dışlanmış olan ünsürlərə uydurmaçı və tutarsız bir quruntulu "öz geçmiş" iddialarıyla deyil, yurddaşları bir arada tutmanın əsas yolu olaraq "ortaq gələcək" üçün birlikdəlik adına inandırıcı və gerçəkçi zəmanətlər verməyə məcburdur. Tərsi bir durumda, mövcud əyriliklərin düzəlişi yolunda toplumun —kiçik azlıqlar kimi görünüb azımsanan— böyük bir çoxunluğunun qatılımından (iştırakından) məhrum qalacaq, bir yandan da olası bir otoritə itkisi həngaməsində artıq hərhansı bir birlikdəlik çağrışı üçün nə üzü, nə etibarı qalmayacaqdır. Sağlıqlı bir dialoqun qurulması üçün hakim anlayış, artıq —əslində üst-üstə çoxunluq sayılan— azınlıqlara qarşı "mâ-dûn" (əlaltı) kimi səslənməkdən vaz keçməlidir. Yüz illik iç müstəmləkəçilik və kültür soyqırımına məruz qalan dil-din azlıqlarına / məhkumlarına qarşı müdafiə sərgiləmək, Farsdilli intelijensiyanın lütfü deyil, gecikmiş tarixî görəvidir. Farsdilli inteligent, ağabəylik kompleksindən arınmalıdır. Yerə-göyə sığmayan və hər çorluğun "illət"ini siyasi hakimiyyətdə axtaran və mərkəzdə özgürlük nə'rələri atan Farsdilli intelijensiya, buraxın dünyayla ayaqlaşmağı, məncə xor gördüyü soydaşı Afğan toplumundan çox-çox sər-məşqlər almalı; sabahlara dək, dan sökülənə dək məşqinə, tapşırığına çalışmalıdır!

Azərbaycan və İranın digər bölgələrində yaşayan Türk topluluqlarının gerçək təmsilçiləri kimlərdir?

Bugünkü İran siyasi sınırlarındakı Türk toplumunun gerçək elçisi və sözçüsü quşqusuz ki 2-ci Dünya Müharibəsi sonrasında [Güney] Azərbaycan Demokrat Firqəsi və bu axımın izçiləri, eləcə günümüzdə 1980-li illərdən bəri canlı olaraq ardıcıl varlığını sürdürən kimlikçi aktivist zümrədir. İşbirlikçi dar bir zümrənin hakim söyləmin etkisində və uğrunda bütün bir toplumun adına danışması və yarğı yürütməsi hüquqən də, məntiqən də doğru deyil; tutarlı və kəsərli də deyildir. Ayrıca kimlik arayışı psosesi artıq heçbir yasalama və ört-bas çabasıyla durdurulacaq, caydırılacaq və ertələnəcək halda deyil. Hərhansı bir qarşı çaba, bu sürəci daha da yeyinləşdirəcək və etirazların qaynayan qazanına odun artırmış olacaqdır.

2015-05-11 00:17:17

آخرین عناوین

تهاجم همه جانبه است بلنت اسین اوغلو- ترجمه علی قره جه لو

کلیشه‌ها و پیش‌داوریها نسبت به جنبش‌های ملی-مدنی: موانع دستيابى به يك پلوراليسم متوازن در ایران علیرضا قولونجو

رشته دانشگاهی زبان و ادبیات ترکی؛ مبهم و مخدوش دومان رادمهر

ابوبکر بغداديٍ فاجعه مونيخ یاشار گولشن

دوشونجه شیوه یه یؤنه لیک یوخسا یانلیش آنلاییشلار! یاشار گولشن

قوميتگرائي افراطي فارسي و مراسم کتاب‌سوزي ٢٦ آذر سال ١٣٢٥ در آزربايجان مئهران باهارلي

!STAND AGAINST RACISM

فتيله شبکه دو تلويزيون دولتي جمهوري اسلامي برنامه ای برای تباهی اذهان کودکان یاشار گولشن

نکاتی در مورد برنامه صفحه دو بی بی سی- نتایج انتخابات ترکیه علیرضا قولونجو

مصاحبه با غلامحسین ساعدی مصاحبه کننده، ضیاء صدقی-آوریل 1984

قدرالسهم به روایت اکبر اعلمی یاشار گولشن

به نام اویغورها! روزبه سعادتی

کلاشنیکف‌ها هرگز شکوفه نمی دهند علیرضا قولونجو

پایه‌های لرزان "بنیاد فرهنگ، ادب و هنر آذربایجان" محمدرضا هیئت

کارت قرمز بر علیه نژادپرستی سیستماتیک موجود بر علیه ترک ها در ایران اومود مهدیان

دفتري به عنوان فرهنگ استان آذربايجان بجای فرهنگستان زبان ترکی! یاشار گولشن

زبان ترکی بعنوان یکی از زبانهای رسمی مجلس نمایندگان شورای اروپا تعیین شد

تدارک برای گردن زنی ناصر مرقاتی

اعتراض زنان ترک به حضور حسن روحانی با مچ بندهای سرخ، علامت بوزقورد و نشان پیروزی

ماهی سیاه کوچولوی صمد بهرنگی در لیست ده کتاب برتر متتقد روزنامه گاردین

شرایطی که توافق لوزان را تحمیل کرد یونس شاملی

حمله عوامل حکومت ايران به ترک های هوادار تیم والیبال اورمیه در تهران

هجوم مامورين انتظامي به عرب هاي اهواز

در آسيب شناسى حركت ملى آذربايجان - بخش ١ و ٢ معصومه قربانى

دولت روحانی با موضع گيري هاي يونسي بدنبال چه هدفي است؟ یاشار گولشن

قضیۀ سلماس، حکیم توس و اساتید سعید یوسف

keçen Qonular

تورک! سن سؤمورگه‌دن/ایستیعماردان قورتولماق اوچون نه ائدیرسن؟ علیرضا قولونجو

سولئیمان‌اوغلو ایله سؤیله‌شی آنلام درگیسی، ایکینجی سایی، شوبات 2017

نه ائتمه مه لی ییک! ؟ دومان رادمهر

آخساق قایدالار ایواز طاها

بیزیم عزیز نسین س. حاتملوی

گونئیده 300 تورک فعال اویغورلارا دستک بیاناتی ایمضالاییب

تورکمن گمیچی گونئیلی فعاللاری 13 ایل حبسه محکوم ائدن حؤکمدەکی تضادلار حاقدا دانیشیر

کریم عسگری: گونئی تشکیلاتلاری تورکیەده HDP-نین فعالییتینی اؤرنک آلا بیلر

ماحمودعلی چؤهرەقانلی: تبریزدەکی گئدیشات نورمال دئییل

ستار سایین قالا: او دؤنم چوخ اؤزل بیر دؤنم ایدی

اکبر ابولزاده: تراختور قهرمان اولسایدی، ایراندا یاشایان تورکلر اؤزونە-اینام قازاناردی

آل بو سنه قير ميزى اسماعیل جمیلی

ایرانلی آیدینلارین ائتنیک حاقلارینا یؤنه‌لیک یاخلاشیمی ده‌ییشمکده‌دیر می؟ یوردنئت'ین توغرول آتابای ایله سؤیله‌شیسی

محمد رضا لوایی: گونئیلیلر اوچون مای حادیثەلری بیر باشلانغیج نؤقطەسیدیر

مهسا مئهدیلی: اؤیرنجی قادینلار مای قییامیندا بؤیوک رول اوینادیلار

یاشاسین یاشاسین قهرمان تبریز اسماعیل جمیلی

ائلچین حاتمی: اقتصادی وضعییت خوصوصیله قئیری-فارس بؤلگەلرده چوخ آغیردیر

İranlı aydınların etnik haqlarına yönəlik yaxlaşımı dəyişir mi? (Toğrul Atabay ilə söyləşi)

علیرضا اردبیلی: ایرانداکی ایرقچیلیک عربلر و تورکلری بیر-بیرینه یاخینلاشدیریب

یاشار اسدی ایراندا میتینق کئچیرن اون مینلرله موعلیمین طلبلری حاقدا دانیشیر

یاشار حیدری آوروپادا یاشایان گونئیلی موهاجیرلرین دوروموندان دانیشیر

دومان رادمئهر: ایراندا آنتی-عرب احوال-روحییەسی حؤکومتین بؤلگەده یوروتدویو سییاسته خیدمت ائدیر

اوغوز تورک ایران-قرب راضیلاشماسی، سانکسییالار و اونلارین قئیری-فارس آزلیقلارا تاثیری حاقدا دانیشیر

حمید منافی: علیرضا فرشی ائوین زیندانیندادیر، وکیلی ایله گؤروشه بیلمیر

محمد احمدیزاده: صفویلر دؤنەمی موسیقی تاریخیمیزین قیریلما نؤقطەسیدیر

نه‌کی‌وارین هر گونو بایرام اولسون! وکتور جئری

31-03-2015 ایران-ایسوئچ اویونوندان بیر راپورت

محمد رضا هیئت: تورکجەنی یوخ ائتمەیه چالیشان سیستئم تورک دیل قورومو آچدیرماز

اوختای آلپ تورک: نه ”پئرشین” نه ده ”ایرانیان” - بو آدلار بیزی تمثیل ائتمیر

یونس شاملی سلماس دا هئیکل اولایی و گونئیین شهر شورالاری حاقدا دانیشیر